Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Prezident seçkilərində rəqabət gözlənilir, ancaq...” – Ekspert

“Namizədliyini irəli sürən iddialıların çoxunun imkanları barəsində fikir bildirmək çətindir”.

Dərc edilib: 1 mart 2018 [15:12]
Baxış sayı: 12098

İnterpress.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında “11 aprel – növbədənkənar prezident seçkiləri”ndə namizədlər arasında real rəqabət imkanlarını dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Mirzəbəylinin fikrincə, gözlənilən rəqabətin səviyyəsi təbliğat kampaniyası mərhələsində müəyyənləşəcək:

“Prezident seçkilərində rəqabət gözlənilir, ancaq...” – Ekspert


“Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində irəli sürülən namizədlərin sayı kampaniyada rəqabət mühitinin olacağını söyləməyə imkan verir.

Bununla belə, indiki mərhələdə rəqabətin hansı səviyyədə olacağını söyləmək imkan xaricindədir. İlk növbədə ona görə ki, namizədliyini irəli sürmüş şəxslərdən neçəsinin və hansılarının qeydə alınacağı hələ məlum deyil.

Digər tərəfdən, qeydə alınacaq namizədlərin təşviqat kampaniyasını necə aparacaqları onların malik olduqları resurslardan asılıdır. Hələlik, namizədliyini irəli sürmüş iddialıların çoxunun imkanları barəsində fikir bildirmək çətindir.

Buna baxmayaraq, seçki kampaniyasında hər halda, rəqabət olacaq. Ancaq yenə deyirəm, gözlənilən rəqabətin miqyası kampaniyanın gedişində görünəcək. Mənə belə gəlir ki, cəmiyyət maraqlı seçki prosesinə şahid olacaq”.

Qeyd edək ki, 11 aprel növbədənkənar prezident seçkilərində 15 nəfərin namizədliyinin irəli sürülməsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib.

Hələlik, iddialılardan yalnız birinin – fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən qeydə alınıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165