Politoloq “Zeytun budağı” əməliyyatının məqsədini açıqladıbackend

Politoloq “Zeytun budağı” əməliyyatının məqsədini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Zeytun budağı” əməliyyatı Suriyanın bütün şimalı boyu, İraqla sərhədə qədər davam edəcək”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, əməliyyat yeni başlayanda Türkiyənin baş naziri Binəli Yıldırım iki həftə davam edəcəyini bildirmişdi: “Türkiyənin bu əməliyyatları aparmaqda iki məqsədi var. Türkiyə istəyir ki, terrorçuları sərhədindən uzaqlaşdırsın, həmçinin PKK və PYD-ni mümkün qədər neytrallaşdırsın. Digər məqsədi isə, terorçulardan azad olunmuş şəhərlərin sakinlərini öz evlərinə qaytarmaqdır. Təbii, əsas məqsəd odur ki, PKK və PYD-nin fəaliyyət imkanları məhdudlaşdırılsın”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

İnterpress.az