Ordubad Qoz Kökəsibackend

Ordubad Qoz Kökəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd: Bu kökələri çay dəsmalına bükərək qapaqlı qazanda saxlamaq lazımdır. Bu halda onları düz bir həftə saxlamaq olur. Siz onları xüsusi buzxana torbalarında dondurub sonradan yeyə bilərsiniz. Ancaq süfrəyə verməmişdən əvvəl onları otaq temperaturuna gətirin, yalnız bundan sonra sobada qızdırın.

25 kökə üçün

Ərzaqlar

Xəmiri üçün

1 paket (2 1⁄4 çay qaşığı) aktiv quru maya
1 stəkan ilıq süd (40º–43ºC)
6 stəkan un
1 xörəl qaşığı duz
200 qram ərinmiş, ayranından təmizlənmiş yağ
1 stəkan qatıq
2 yumurta, otaq temperaturunda

İçlik üçün

4 xörək qaşığı ərinmiş yağ
2 orta ölçülü soğan, incə doğranmış (2 stəkan)
2 stəkan qoz, orta-iri ölçüdə xırdalanmış (onlar bir az xırçıldamalıdır)
1⁄4 çay qaşığı sarıkök
1⁄2 çay qaşığı, yaxud zövqə görə düz
Bir çimdik, yaxud zövqə görə üyüdülmüş qara istiot

Üstü üçün

Sarıköklə qarışdırılmış 2 yumurta sarısı

Hazırlanması

Əvvəlcə xəmiri hazırlayın. Balaca bir dərin qabda mayanı ilıq suda həll edib 10 dəqiqə saxlayın. Unu dərin bir qaba ələyin. Duz əlavə edib yaxşıca qarışdırın. Unun ortasında çuxur düzəldin və maya qarışığını, yağı, qatığı və yumurtaları bura əlavə edin. Eynicinsli kütlə alınana qədər əlinizlə qarışdırın.

Xəmiri yüngülcə unlanmış masanın üzərinə qoyun və tam elastik və təqibən 10 dəqiqə, yumşaq xəmir halına gələnə qədər yoğurun. Xəmiri yenidən tasa yerləşdirin, üzərini çay dəsmalı, yaxud da streçlə örtün və saat yarımlığına isti yerdə həcmi iki dəfə artana qədər gəlməyə qoyun. Xəmir qabarıb barmaqla toxunanda yupyumşaq olmalıdır.

Xəmir gələnə qədər içliyi hazırlayın. Orta ölçülü tavada və orta istilikdə yağı qızdırın. Soğanı əlavə edib 10 dəqiqə tez-tez qarışdıraraq, rəngi açıq qəhvəyi olana qədər bişirin. Ocaqdan götürüb soyumağa qoyun. Qoz, sarıkök, duz və qara istiot əlavə edin. Yaxşıca qarışdırıb kənara qoyun.

Sobanı 190ºC dərəcəyə qədər qızdırın. İki soba listinə perqament kağızı döşəyin.

Xəmiri hər biri yumurta boyda olan 25 yumru kündəyə ayırın. Bir kündə ilə işlədiyiniz zaman o biri kündələrin üstünü çay dəsmalı ilə örtün ki, qurumasın. İndi isə siz aşağıdakı üsullardan biri ilə kökələrinizin içini doldura bilərsiniz:

Dəyirmi kökələr üçün: kündəni bir ovcunuzda tutaraq o biri əlinizlə onu yastılayın. Ortasına təpələmə bir qaşıq içlik qoyub kənarlarını birləşdirərək içliyin üstünü örtün. İndi isə əlinizdəki içi doldufrulmuş topu oxlovun köməyilə ehtiyatla 9 santimetrlik disk formasında yayın. Bərk basıb kökəni həddindən çox yastılatmayın.

Aypara şəkilli kökə üçün: Kündəni bir ovcunuzda tutub digər əlinizlə yastılayın və kənarlara doğru yüngülcə yayın, diametri 9-10 sm olmalıdır. Bir yarısına təpələmə bir çay qaşığı içlikdən qoyun. Digər tərəflə üstünü örtün və kənarlarını bərkidir. Sonra baş və işarə barmqlarınızın köməyinə kökələri şəkərbura kimi bükün.

Ordubad Qoz Kökəsi

Kökələri aralarında 5 sm məsafə qoymaqla əvvəlcədən hazırladığınız listlərin üzərinə yerləşdirin. Çəngəlin arxası ilə paralel xətli naxış qoyun. Üsərini üç yerdən çəngəllə deşin. Bu, bişmə zamanı yaranan buğun çıxması üçündür. Kökələrin üzərinə sarıköklə qarışdırılmış yumurta sarısı sürtün. Təxminən 25 dəqiqə, qızılı rəng alana qədər bişirin. Vaxtın tən yarısında listlərin yerini dəyişin. (az.cookbook)

İnterpress.az