“Qarşıdakı oyunlar bundan da ağır olacaq”backend

“Qarşıdakı oyunlar bundan da ağır olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri martın 23-də futbol üzrə Belarus yığması ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Q.Qurbanov deyib: “Təkbətək mübarizələrdə bir qədər möhkəm olmalıyıq. Qarşıdakı oyunlar bundan da ağır olacaq. Rəqiblərimiz müdafiədən oynayıb, əks-hücumlar qurmağa çalışacaqlar. Buna hazır olmalıyıq. Bəzi ev tapşırıqlarını reallaşdırmağa çalışdıq. Ancaq hamısını göstərməyə ehtiyac duymadıq. Rəsmi oyunlara qədər bunu daha yaxşı etməyə çalışacağıq. Milli komandada debüt edənlərdən razı qaldım. Bəzilərinin yaşı 30-31-ə çatsa da, ilk dəfə idi yığmanın formasını geyinirdi”.
Belarus yığmasının baş məşqçisi İqor Kriyuşenko isə bildirib: “Komanda uzun müddət idi rəhbərliyim altında qələbə qazana bilmirdi. Buna görə də, qalib gəlməyimiz çox vacib idi. Oyun zamanı topu özümüzdə daha çox saxlamağa çalışdıq. Bu, ilk dəqiqələrdə alındı. Ancaq sonradan arzuladığım oyunu görə bilmədim. Rəqib təzyiqi artırsa da, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etməyə çalışdıq. Bəzən istəyimizə çatdıq, bəzi epizodlarda isə alınmadı. Millimizin hazırki heyətində yer alan oyunçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Lakin bizdə çempionat hələ başlamayıb və oyunçuların çoxu formada deyil. Azərbaycanda isə əksinə, çempionat davam edir və oyunçular yaxşı formadadırlar”.

Qeyd edək ki, Azərbaycan-Belarus oyunu 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

İnterpress.az