Rauf Əliyev “Qəbələ”dəbackend

Rauf Əliyev “Qəbələ”də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az klubun saytına istinadən xəbər verir ki, \”qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb.

29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər \”Qəbələ\”nin şərəfini qoruyacaq. Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib. Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

Qeyd edək ki, mövsüm ərzində “Keşlə” və “Kukesi” (Albaniya) klublarının formasını geyinmiş Rauf UEFA-nın qaydalarına görə 3-cü klubda çıxış edə bilməz. Ona görə də futbolçu gələn mövsümdən \”Qəbələ\”də oynaya biləcək.

İnterpress.az