Azərbaycanda banklar dolları bahalaşdırdıbackend

Azərbaycanda banklar dolları bahalaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bank sədri Elman Rüstəmov bildirib ki, bankların hərraclarda irəli sürdükləri dollar tələbatı son sentinə qədər ödənilir.

E.Rüstəmov bildirdi ki, adətən bankların alış məznnə kursları Mərkəzi Bankın məznnələrindən bir qədər aşağı olub: “Bəli, son vaxtlar bankların alış kursu rəsmi məznnədən 0,23 faizədək yuxarıdır. Hesab edirik ki, bu, qısamüddətli mövsümi xarakter daşıyır. Bankların dollara ehtiyacına gəlincə deyə bilərəm ki, bazarın bütün tələbatı tam şəkildə ödənilir”.

Mərkəzi Bank sədri onu da vurğulayıb ki, yanvar-fevral aylarında tələbat çox aşağı olduğundan neft fondundan büdcəyə transferlər təmin olunmayıb. Martda isə bildiyimiz kimi, dollara tələbat artıb və büdcə üzrə transferlər qaydasına düşüb.(Fed.az)

İnterpress.az