“Unibank”dan kredit götürən vətəndaşın başına görün nə gəldi – POLİTOLOQDAN ŞOK AÇIQLAMAbackend

“Unibank”dan kredit götürən vətəndaşın başına görün nə gəldi – POLİTOLOQDAN ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreditlə 123 min ABŞ dollarına aldığı evə görə banka 180 min manat ödəyən vətəndaşdan daha 180 min manat tələb olunur.

İnterpress.az xəbər verir ki, bu barədə politoloq Fərhad Mehdiyev məlumat verib. O bildirib ki, devalvasiyadan qabaq kreditlə ev alan vətəndaşın yaxasından bank əl çəkmək istəmir:

"Unibank"dan kredit götürən vətəndaşın başına görün nə gəldi - POLİTOLOQDAN ŞOK AÇIQLAMA\”Vətəndaşın biri 2015-ci ilin ilk yarısında, Masazırda 4 otaqlı ev alır, krediti də buna \”Unibank\” verir. Adına 123.000 ABŞ dolları rəsmiləşdirilir illik 24%-lə. Daha sonra 2 dəfə devalvasiya olur, bilirsiniz. Adam 180.000 azn indiyədək ödəyib, bundan sonra da buna 2 illik cədvəl üzrə 180.000 daha ödəməsini tələb edirlər. Yəni, deyirlər ki, indi satsan 80.000 AZN etməyəcək, ev üçün 360.000 AZN ödə. İşin pis tərəfi budur ki, anasının da evini zəmanət kimi götürüb bank. Yəni, hər iki ev əlindən gedəcək. İndi bu adam ödədiyi puldan imtina etsə belə, bankdan yaxasını qutara bilmir. Bank bunun anasının evini də əlindən alacaq\”.

Politoloq qeyd edib ki, bank müştəridən bununla yanaşı, girov qoyduğu digər evi də əlindən almağa çalışıır: \”Necədir sizin üçün, həm 180.000 pul al, üstəgəl insanların digər evini də əlindən al. Vallah, bilmirəm, ermənilər insana bu qədər düşmənçilik edərmi? Dəhşətli və acınacaqlı haldır. Buna insanın qanını içmək demək mümkündür. \”Unibank\”in idarəçiləri nə etdiyini anlayırlarmi? Qətiyyə,n kreditə heç nə almayın. Canavar və monopolist kapitalizmin tüğyan etdiyi ölkədə, məhkəmələr də ədalətdən tərəf olmursa, qətiyyən, faizlə borclanmayın\”.

İnterpress.az