Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


YAP Afaq Aslana diplom verən şəxsi cəzalandırdı - FOTO

YAP Xəzər Rayon Təşkilatı müğənni Afaq Aslanı fəxri diplomla təltif edib.

Dərc edilib: 12 aprel 2018 [14:29]
Baxış sayı: 41693

İnterpress.az kult.az-a istinadən xəbər verir ki, təşkilat müğənnini YAP-ın namizədi İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə diploma layiq görüb.

Amma mətndə ciddi nöqsana yol verilib. Belə ki, YAP Xəzər RT diplomda "kampaniya” əvəzinə "kompaniya” yazıb.

Zəruri olaraq xatırladaq ki, kampaniya - hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlərdir, kompaniya isə şirkət və ya mərasim sözlərinin sinonimi kimi işlənə bilir.

YAP-ın Xəzər Rayon Təşkilatından bildirilib ki, müğənni Afaq Aslana İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə təqdim edilən diplomda yol verilən xəta texniki səhvdir:

"Diplomdakı səhvlə bağlı təşkilata məlumat verilib və bu səhvə görə məsul şəxs uyğun şəkildə cəzasını alıb”, - təşkilatdan bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, mətbuatın belə kiçik səhvi böyütməməsini arzu edirlər.

İnterpress.az
YAP Afaq Aslana diplom verən şəxsi cəzalandırdı - FOTO










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 111