Azərbaycanda hər iki ailədən biri avtomobilə sahibdirbackend

Azərbaycanda hər iki ailədən biri avtomobilə sahibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının saytında dərc olunmuş müsahibəsində deyib.

T.Budaqovun sözlərinə görə, hesabat dövründə Azərbaycanda hər 1000 nəfərə 118 avtomobil düşüb. 2003-cü ildə isə bu rəqəm 48-ə bərabər idi. Hər 100 ailədən 52-də şəxsi minik avtomobilİ var.

Komitə sədri qeyd edib ki, nəqliyyat sektoru Azərbaycan iqtisadiyyatında vacib yer tutur. 2017-ci ildə ölkənin ümumi daxili məhsulunda nəqliyyat sektorunun payı 6,8 faiz təşkil edib. 2003-cü ildən bu sahədə yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artıb.

İnterpress.az