Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib – VİDEObackend

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Məhəmməd Hadi küçəsi 44 ünvanında yerləşən \”All Parfume\” adlı ətir mağazasından oğurluq edilib.

Belə ki, gənc oğlan mağazaya gələrək satıcıdan xırdalamaq adı ilə pul alıb və qaçıb.

\”Gəlib dükana ki, yan kafedən 50 dönər almışam soyuyur mənə 205 manat xırda pul ver, indi ordan 2 ədəd yüzlük bir beşlik alıb gətirirəm. Satıcı xanım da əvvəlcə tərəddüd edib, sonra necə \”gipnoz\” olubsa, pulu verib. Pulu verəndən dərhal sonra onun arxasıyca getsə də, ona çata bilməyib, qaçıb\” – deyə, mağazanın sahibi Taleh Telmanoğlu \”İnterpress.az-a açıqlamasında bildirib.

O bildirib ki, gənc oğlan yaxınlıqdakı digər mağazalardan da eyni qayda ilə oğurluq edib.

Görüntülər mağazanın təhlükəsizlik kameralarında anbaan lentə alınıb.

Mağaza sahibi hadisə ilə əlaqədar olaraq polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.azhttps://youtube.com/watch?v=hGa2uvslOa0