Azərbaycanda 4,3 mlrd. manatlıq ərzaq alınıbbackend

Azərbaycanda 4,3 mlrd. manatlıq ərzaq alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 4,3 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2% və 3,3% üstələyib.

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i faizi elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,2%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 13%-i faizi ticarət müəssisələri, 52,5%-i fərdi sahibkarlar tərəfindən, 34,5 %-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3%, fərdi sahibkarlar üzrə 0,9% artıb, bazar və yarmarkalarda dəyişməz qalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,2 manat və yaxud 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

İnterpress.az