Müğənni Mətanət ərəb ölkəsinə gedir – VİDEObackend

Müğənni Mətanət ərəb ölkəsinə gedir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ifaçı bu barədə ARB telekanalının efirində yayımlanan \”Səhər-Səhər” verilişində danışıb. Bildirib ki, mühacirətə gedəcəyi iki ölkə planlaşdırır:

\”Allah imkan versə beynimdə iki yer canlanır. Biri Mərakeşdir, biri isə Türkiyədir. İkisi də mənə yaxın ölkələrdir. Sadəcə gedəsən beynin açılsın. Nə qədər söz-söhbət, qeybət, nə qədər yalandan təriflər olar. Mən sadəcə barışa bilmirəm bu yalanlarla. Mənə də alqış olsun, ona da? Olmur axı. Bu paxıllıq deyil. Allaha şükür görünüşüm, sənətim səsim, hörmətim, izzətim göz qarşısındadır. Uşaq deyiləm kiməsə paxıllıq edib başımı yorum. Sözünü demiş insanam mən. Ehtiyacım yoxdur ki, nə iləsə reklam olunum. Bəlkə də, kimsə mənə söz atar, reklam olunar. Mənlik deyil elə şeylər. Sadəcə mən yoruldum, bezdim, iyrəndim”.

İnterpress.az