“Astan Şahverdiyev siyasətçi deyildi” – DEPUTATDAN ŞOK AÇIQLAMAbackend

“Astan Şahverdiyev siyasətçi deyildi” – DEPUTATDAN ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim üçün iki Astan Şahverdiyev var: Biri münasibətdə səmimi, görkəmli alim, digəri isə, çox təəssüf ki, müəyyən açıqlamaları ilə cəmiyyətdə müzakirə olunaraq yadda qalan Astan Şahverdiyev”.

Bunu İnterpress.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə dünyasını dəyişmiş həmkarı Astan Şahverdiyev haqqında danışarkən deyib.

O bildirib ki, A.Şahverdiyev cəmiyyətin yaddaşında ehtiyyatsızlıqdan dediyi ifadələrlə yadda qalıb: “Əlbəttə, onun bir neçə dəfə ehtiyyatsızlıqdan dediyi sözlər diqqəti cəlb elədi. Amma nəzərə almaq lazımdır ki, o, siyasətə kənardan gəlmişdi. Bəzən, iddia edirlər ki, parlament siyasətçi olmayanın yeri deyil. Amma bu, əslində, yanlış fikirdir. Parlament Milli Məclisdir, yəni millətin məclisidir. Millət vəkilləri də sadəcə olaraq, cəmiyyətin dəstəyini qazanan insanlardır. Deputatlardan hər tərəfli sahədə yüksək istedada malik olmasını tələb etmək düzgün deyil. Parlamentə seçilmək üçün, sadəcə olaraq, seçicilərin səsini qazanmaq lazımdır. Amma siyasətçi olmaq üçün isə həmin sahə ilə dərdindən məşğul olmaq lazımdır. Siyasət bir elmdir. Bir şəxs deputat seçilirsə, bu, o demək deyil ki, o, mütləq siyasətçi olacaq. Bu, sadəlövlük olar”.

"Astan Şahverdiyev siyasətçi deyildi" - DEPUTATDAN ŞOK AÇIQLAMAA.Mirzəzadə qeyd edib ki, A.Şahverdiyev siyasi fəaliyyətə tam hazır deyildi: “Allah rəhmət eləsin Astan Şahverdiyevə. Cəmiyyət son dövrdə onun ehtiyyatsızlıqdan dediyi fikirlər üzərində daha çox dayanır. Bir tərəfdən cəmiyyətin buna haqqı çatır. Millət vəkili ifadə etdiyi sözlərində diqqətli olmalıdır. Dəyərlərin qorunmasında fəal iştirak etməlidir. Ancaq nəzərə alsaq ki, A.Şahverdiyev siyasətçi deyildi. O, öz sahəsinin çox görkəmli bir alimi idi. Onun “Günəş enerjis” dərsliyi Avropanın bir çox üniversitetlərində tədris olunub. Yəni, az sayda alimlərimizin əsərləri xarici universitetlərdə tədris olunur. Doğrudan da, o, texniki sahədə Azərbaycan elminin yetişdirdiyi unikal elm adamlarından biri idi. Düzdür, parlamentə seçildi, amma onun fikrincə müəyyən məsələlərə münasibət bildirmək çətin idi. Bəzi hallarda fikirləri uğurlu olurdu. Bəzən maraqlı təkliflərlə çıxış edirdi. Amma görünən odur ki, A.Şahverdiyev siyasi fəaliyyətə tam hazır deyildi. Yəni, siyasətin özü çox böyük hazırlıq tələb edir. A.Şahverdiyevdə isə bu hazırlıq yox idi. Bəzən parlamentə başqa sahələrdən gəlirlər və onlarda elə bir təsəvvür yaranır ki, artıq onlar siyasi fəaliyyətə tam hazırdılar. Amma bu, heç də belə deyil. Parlamentin özündə iş üslubu və parlament fəaliyyətinin nədən ibarət olmasıni bilmək lazımdır”.

Millət vəkili ötən gün mərhum həmkarının deputatlarla xoş münasibətinin olduğunu da vurğulayıb. O mərhumun dəfn mərasimində bir neçə millət vəkilinin iştirak etdiyini bildirib: “Dünən A.Şahverdiyevin dəfn mərasimində iştirak edim. Mənimlə yanaşı, digər həmkar yoldaşlarımız da iştirak edirdi. Çünki, o, bizim həmkarımız, iş yoldaşımız idi. Onun dəfn mərasimində iştirak etməmək düzgün olmazdı. Dünən “Əjdər bəy” məscidində mərhumu gətirəndə xeyli sayda millət vəkilini gördüm. Hamımız həmkarımızı ehtiramla son mənzilə yola saldıq. Onun ölümün səbəbləri haqqında mən də heçnə bilmirəm. Mətbuatdan oxuduğumdur. Səhhətində haqqında isə sağ olan zamanlarda da danışmırdı ki, nəsə problemi var, ya yox. Biz bunu bilmirdik. Mən dünən bildim ki, o, ailəsində dəfələrlə faciə yaşayıb. Onun bütün deputatlarla xoş münasibəti var idi. Ona hamımız professor deyə müraciət edirdik. Öz sahəsi barədə danışmağı çox xoşlayırdı. Bəzə, məişət məsələlərinə toxunurdu. Konfliktsiz adam idi. Münasibətdə hiss olunurdu ki, rahat adam idi. Cəmiyyət həm də həyatın ona faciələr yaşatmasından xəbərsizdir. Gənc yaşında oğlunu itirib və faicəli şəkildə kürəkəni dünyadan köçüb. Həyat yoldaşı insult keçirib. Doğulduğu kənd erməni işağlçılarının nəzarəti altındadır. Bu da onun simasında bir dərd kimi birüzə olurdu”.

Səid Qərib
İnterpress.az