Ermənistanda “məxməri inqilab” başlayıb – CANLIbackend

Ermənistanda “məxməri inqilab” başlayıb – CANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda başlanan etiraz aksiyaları davam edir. Etiraz aksiyası payyatxtın, demək olar ki, bütün küçə və prospektlərində nümayiş etdirilir.

İrəvan polisi Aksiya iştirakçılarının dövlət müəssisələrinə daxil olmalarının qarşısının alınması üçün tikanlı məftillərlə maneə yaradıb. Ermənistan parlamentinin inzibati binasına qədər irəriləyən aksiya iştirakçıları parlamentə daxil olmağa çalışırlar.

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları bütün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çalışırlar.

Etiraz aksiyasına rəhbərlik edən “Vətəndaş müqaviləsi” Partiyasının lideri deputat Nikol Paşinyan artıq \”məxməri inqilab\”ın başladığını elan edib.

Hazırda nümayişçilər XİN, Baş Prokurorluq, Dövlət Gəlirləri Komitəsinin girişində toplaşıblar. S.Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən nümayişçilər İrəvanda müxtəlif dövlət idarələrinə girişi bağlayıblar.

Qeyd edək ki, ermənilər Serj Sarkisyanın baş nazir postuna gəlməsinə etiraz əlaməti olaraq aksiya keçirirlər.

İnterpress.az