Azərbaycanda qızıl hasilatının həcmi 5 dəfədən çox artıbbackend

Azərbaycanda qızıl hasilatının həcmi 5 dəfədən çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, 1 aprel 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 58,6 kq təşkil edib.

Bu ilin birinci rübündə gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 221,2 kq-a çatıb.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox – 6,391 ton qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın \”Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (\”Gədəbəy\” yatağında) 2009-cu ildə başlanılıb.

İnterpress.az