Aksiya iştirakçıları Serj Sarqsyanın qardaşını mühasirəyə alıb – FOTObackend

Aksiya iştirakçıları Serj Sarqsyanın qardaşını mühasirəyə alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Levon Sarqsyan müxalif qüvvələrin mühasirəyə aldığı binadan çıxa bilmir.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, o, ölkə Xarici İşlər Nazirliyinin binasından ətrafdan hadisələri izləyir.

Qeyd edək ki, etiraz aksiyası iştirakçıları Ermənistan Baş Prokurorluğu, XİN, Diaspor Nazirliyi və Dövlət Gəlirləri Komitəsini mühasirəyə alıblar.

Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.

Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə \”xalq məxməri inqilabı\”nın başlandığını elan edib.

İnterpress.az

Aksiya iştirakçıları Serj Sarqsyanın qardaşını mühasirəyə alıb - FOTO

Aksiya iştirakçıları Serj Sarqsyanın qardaşını mühasirəyə alıb - FOTO

Aksiya iştirakçıları Serj Sarqsyanın qardaşını mühasirəyə alıb - FOTO