Bir ayda 59 ədəd minik avtomobili istehsal edildi – AZƏRBAYCANDAbackend

Bir ayda 59 ədəd minik avtomobili istehsal edildi – AZƏRBAYCANDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda 59 ədəd minik avtomobili istehsal edilmişdir. Xəbər verdiyimiz kimi, 2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda Mart ayında montaj bərpa edilib. Həmçinin Martda Neftçala Avtomobil Zavodu işə düşüb. 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Beləliklə, avtomobillər mart ayında istehsal edilib.

2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib. Bu avtomobillər ötən ilin iyul ayınadək istehsal olunmuşdu.

İnterpress.az