Tramp həbs olunan amerikalı keşişi Türkiyədən tələb edirbackend

Tramp həbs olunan amerikalı keşişi Türkiyədən tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onlar keşişi casus adlandırırlar. Əgər o, casusdursa, onda mən daha çox casusam”.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Türkiyədə dövlət çevirilişində iştirakda ittiham olunaraq həbs edilən amerikalı keşiş Endryu Bransonla bağlı “Twitter” səhifəsində yazıb.

“Keşiş Endryu Branson yaxşı insan və ABŞ-da xristian din xadimidir. Hazırda o, Türkiyədə heç bir əsas olmadan ittiham edilir. Onlar onu casus adlandırırlar. Mən daha çox casusam. Ümid edirəm ki, ona ailəsinin yanına qayıtmağa imkan verəcəklər”, – D.Tramp vurğulayıb.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur. Günahı sübuta olunarsa, E.Branson 35 il azadlıqdan məhrum ediləcək. O, hazırda Türkiyədə həbsdədir. Bir müddət əvvəl Türkiyənin ABŞ-a onu Fətullahçı Terror Qruplaşmasının (FETÖ) rəhbəri Fətullah Gülənlə dəyişməyi təklif etdiyinə dair məlumat yayılmışdı.

İnterpress.az