Dövlət Baxçalı Türkiyəni niyə erkən seçkiyə aparır? – Ekspert şərhibackend

Dövlət Baxçalı Türkiyəni niyə erkən seçkiyə aparır? – Ekspert şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tanınmış politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində durumu şərh edən status yazıb. Politoloqun statusunu təqdim edirik:

\”Bu bəyanat Türkiyəni şoka salıb. İki variant mümkündür. Baxçalı ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub. Baxçalı bu açıqlamanı Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla razılaşdırıbsa, demək bu ortaq siyasi gedişdir. Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir. Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər. Ona görə də Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox əgər Baxçalı Ərdoğanla razılaşdırmadan Cumhurbaşqanını fakt qarşısında qoyubsa, bu MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər. Yeni yaranan İyi Parti və onun lideri Meral Akşener seçkiyə ciddi hazırlaşır. MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşenerə uduzmamasıdır.

Buna baxmayaraq, Dövlət Baxçalının hesabları yanlış çıxa bilər. Bir dəfə Baxçalı eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisyonu var idi. Baş nazir Bülənt Ecevit, Dövlət Baxçalı isə onun birinci yardımçısı isi. İqtisadiyyat ağır günləriini yaşayırdı, ancaq Əcəvit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı. Baxçalı qəfil elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Eceviti şoka saldı. Rəhmətlik Bülent Ecevit xatirələrində yazırdı ki, Dövlət Baxçalının işlər iyiyə doğru gedərkən niyə hökuməti dağıtdığını anlamadı. O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və odu-budur iqtidardadır. İndi Baxçalı yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər\”.

İnterpress.az