Ermənistanda aksiyalar davam edir – Sarkisyan getməlidir – CANLI YAYIMbackend

Ermənistanda aksiyalar davam edir – Sarkisyan getməlidir – CANLI YAYIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İrəvanda başlanan etiraz aksiyaları geniş vüsət alıb. Məlumata görə, aksiyalara digər rayon sakinlərinin də qoşulacağı bildirilir. Həmçinin vurğulanır ki, bu gün İrəvanda keçirilən aksiyada iştirak edən 68 nəfər saxlanılıb.

Etiraz aksiyası paytaxtın, demək olar ki, bütün küçə və prospektlərində nümayiş etdirilir. Etiraz aksiyasına rəhbərlik edən “Vətəndaş müqaviləsi” Partiyasının lideri deputat Nikol Paşinyan dünən \”məxməri inqilab\”ın başladığını elan edib.

Qeyd edək ki, ermənilər Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq aksiya keçirir. Aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.