Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcəkbackend

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli ilə növbədənkənar prezident və parlament seçkilərinə dair keçirdiyi görüşdən sonra bildirib.

O qeyd edib ki, növbədənkənar seçkilər iyunun 24-də keçiriləcək.

Bildirilib ki, görüş 30 dəqiqə sürüb.

Qeyd edək ki, Devlet Bahçeli növbədənkənar prezident və parlament seçkilərinin bu ilin avqustun 26-da keçirilməsini təklif etmişdi.

İnterpress.az