Bakıda yeni çəkilmiş yoldakı qüsur aradan qaldırıldı – FOTObackend

Bakıda yeni çəkilmiş yoldakı qüsur aradan qaldırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yol hərəkətinin təşkili üzrə ekspert Ərşad Hüseynov bu barədə sosial şəbəkədə yazıb. O qeyd edib ki, əraziyə baxış keçirilərkən məlum oldu ki, Ə.Rəcəbli küçəsində yolayrıcı qarşısına çəkilən 1.18 nişanlanması (oxlar) vasitəsilə yalnız düzünə və sağa hərəkətə icazə verilib. Lakin oradan geriyə və sola (A.Nemətulla küçəsi tərəfə) dönmək mümkün olmayıb: “Məsələyə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları dərhal reaksiya veriblər və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə dünən oradakı qüsur aradan qaldırılıb. İndi oradan yenə də sola və geriyə dönmək olar”.

İnterpress.az