Cənubi azərbaycanlılarla bağlı şad xəbər – DEPUTATbackend

Cənubi azərbaycanlılarla bağlı şad xəbər – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə İranın Cənubi Azərbaycandan seçilmiş millət vəkili Sudeyf Bədri deyib.

Millət vəkili bildirib ki, orta məktəblərdə Azərbaycan dilinin tədrisi ilə bağlı layihə təklifi hazırlanır.

Deputat layihənin İran parlamentində səsə qoyulması üçün artıq imza toplama kampaniyasının başladıldığını vurğulayıb.

Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, İranda yaşayan digər xalqların orta məktəblərdə ana dilində tədris üçün icazə verilir. Amma bun baxmayaraq, İran hakimiyyəti tərəfindən rəsmi olaraq, məktəblərdə Azərbaycan dilinin tədris olunmasına icazə verilmir.

Xatırladaq ki, 2016-cı ildə İranda bir qrup azərbaycanlı deputat analoji layihə ilə bağlı İran prezidenti Həsən Ruhaniyə təklif etmişdilər. Amma sonradan təklifə mənfi rəy verilmişdi.

İnterpress.az