AZAL 3 yeni aviareys açırbackend

AZAL 3 yeni aviareys açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə – Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək.

Qurumdan İnterpress.az-a verilən məlumata görə, reyslər komfortlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.

Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.

İnterpress.az