NATO generalların Bakı görüşü barədə məlumat yaydıbackend

NATO generalların Bakı görüşü barədə məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, məlumatda deyilir ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib: \”Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub.

Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər\”, – deyə Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub.

İnterpress.az