Cənub bölgəsində kartof sahələri məhv olub – Sahibkarların qarşısına şərt qoyulurbackend

Cənub bölgəsində kartof sahələri məhv olub – Sahibkarların qarşısına şərt qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a rayon sahibkarları məlumat verib. Sahibkarlar bildirir ki, rayonda əkin sahələrinə su verilmədiyindən şaxtalı hava şəraiti təsərrüfata ciddi ziyan vurmaqla ötüşür. Belə ki, rayonda müşahidə olunan şaxtalı hava şəraiti fermerlərin kartof sahələrini yandırıb. Fermerlər bunu əkin sahələrinə su verilməməsi ilə əlaqələndirir: \”Müəyyən qədər suvardığımız kartof sahələrinə şaxta heç bir təsir göstərə bilməyib. Amma suvarılmayan kartof sahələrimizi şaxta məhv edib. Əgər, su verilsəydi, belə olmayacaqdı. Suyu yüksək məbləğlə qonşu kəndin sahibkarlarına satırlar. Ona görə də, bizim kəndin təsərrüfat sahələrinə çəkilən su arxının qarşısını kəsiblər. Biz artıq bir aydır ki, əkin sahələrini yağış suyu ilə qidalandırırıq. Bu da, təbii kii, kifayət etmir\”.

Fermerlərin sözlərinə görə, kartof sahələrinin susuzluqdan yanmasına şaxta daha çox təsir: \”Suvarılan ərazilər yanmayıb. Amma suvarılmayan sahələrdə yetişən kartof kolları yanıb kül olub\”.

Rayon sahibkarları bildirir ki, suyun verilməməsi ilə bağlı şaxtalı havanın təsərrüfata vurduğu ziyanın dəyəri minlərlə manatdır. Təsərrüfatçıların sözlərinə görə, yanmış kartof kolları quruduqdan sonra, yenidən əkilən kartof yetişsə də, maddi ziyan qaçılmazdır. Çünki, belə olan təqdirdə yenidən bitən kartofun yetişməsi prosesi əlavə vaxt alacaq: \”Biz hər il mayda kartofların yığımına başlayırdıq. Amma bu dəfə kartof kolları yandığından biz əlavə bir ay da gözləməli olacağıq. Çünki kartof sahələrinin yanan kolları tam quruyub töküldükdən sonra yenidən bitəcək. Və bu da gecikməyə səbəb olacaq\”.

\”Bizim qarşımıza şərt qoyublar ki, pul verin biz də sizin əkin sahələrinizə suyun verilişini bərpa edək. Bizim də onların tələb etdiyi məbləğə maddi gücümüz imkan vermir\”, – deyə rayon sahibkarları bildirib.

Cənub bölgəsində kartof sahələri məhv olub - Sahibkarların qarşısına şərt qoyulur

İnterpress.az