Deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklərbackend

Deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Mətbuat xidmətindən verilən xəbərə görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, Avropada dərmana qarşı davamlı olan vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaqdır.

Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək, Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə ediləcəkdir.

Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

İnterpress.az