Bakıda, Gəncədə və Kürdəmirdə yanğın olubbackend

Bakıda, Gəncədə və Kürdəmirdə yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Mollakənd kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Bakı şəhərinin Suraxanı rayonunda isə ümumi sahəsi 64 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və əşyaları 44 m² sahədə yanıb.

Eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təxliyə olunub.

Yanğınların hər üçü yanğın bölmələri tərəfindən söndürülüb.

İnterpress.az