İranda orta məktəblərdə rus dili ikinci xarici dil kimi tədris olunacaqbackend

İranda orta məktəblərdə rus dili ikinci xarici dil kimi tədris olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın təhsil naziri Məhəmməd Bəthai Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşündə deyib.

Nazir bildirib ki, İranda ikinci xarici dil kimi rus dilinin orta məktəblərdə tədrisi üçün layihə hazırlanır.

Bəthai bununla da İranda ingilis dilinin sıxışdırılıb aradan çıxarılacağını düşündüyünü vurğulayıb. Vyaçeslav Nikonov İranın bu mövqeyini alqışladığını bildirib.

Qeyd edək ki, İran hakimiyyəti İranda milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, orta məktəblərdə Azərbaycan dilinin tədris olunmasına razılıq verməyib.

İnterpress.az