Azərbaycanın yeni Baş naziri İlham Əliyevə təşəkkür etdibackend

Azərbaycanın yeni Baş naziri İlham Əliyevə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın yeni təyin olunan Baş naziri Novruz Məmmədov deyib.

Baş nazir deyib ki, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam”.

N.Məmmədov sonda bu şərəfli və məsuliyyətlə vəzifəyə təyin olunduğuna görə, bir daha Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

İnterpress.az