Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHIbackend

Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycanın müstəqillik qazandıqdan sonra (1991-ci ildən) hökumətə rəhbərlik edən baş nazirlərinin siyahısını təqdim edir.

Həsən Həsənov – Azərbaycan müstəqillik qazandıqdan sonra ilk Baş nazir olub. O , 7 Fevral 1991-ci ildən 4 aprel 1992-ci ilə qədər Baş nazir vəzifəsində çalışıb. Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 1991-ci ildə keçirilən iri beynəlxalq Biznes konqresin təşkilatçısı olub.

Firuz Mustafayev 40 gün müddətinə Azərbayacanın Baş naziri olub. O, 4 aprel 1992-ci ildən – 14 may 1992-ci ilə qədər .

Azərbaycanın Baş naziri olmuş şəxslərdən biri də Rəhim Hüseynovdur. Onun da vəzifədə olma müddəti çox olmayıb. Cəmi 261 gün. 14 may 1992-ci ildən – 30 yanvar 1993-cü il tarixinədək. Onun səlahiyyət müddəti zamanı Azərbaycanda ümumi daxili məhsul 20% azalıb.

Hazırda Milli Məclisin deputatı olan Əli Məsimli da Baş nazir kimi fəaliyyət göstərib. Əli Məsimov 5 fevral 1993-cü ildən – 28 aprel 1993-cü il tarixinədək Baş nazir vəzifəsində çalışıb. \”Azərbaycanın iqtisadi tərəqqi proqramı\”nın və \”Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri\”nin müəllifi olub. \”Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası\”, \”Aqrar islahatlar proqramı\” və s. bu kimi konsepsiya, proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib.

Pənah Hüseyn Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu zaman Baş nazir vəzifəsində çalışıb. O, baş nazir vəzifəsində cəmi 63 gün çalışıb. 28 aprel 1993-cü ildən – 30 iyun 1993-cü ilə qədər.

Azərbaycanın Baş naziri olmuş şəxslərdən biri də Surət Hüseynovdur. O, 30 iyun 1993-cü ildən – 7 oktyabr 1994-cü ilədək bu vəzifədə çalışıb.

Fuad Quliyev 1994-cü ilin oktyabrın 7-də Baş nazir təyin edilib. O, 20 iyul 1996-cı ilədək bu vəzifədə çalışıb.

Hazırki dövlət başçısı İlham Əliyev 2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin edilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Republikasının Prezidenti seçilib.

Artur Rasizadə iki fərqli dövrdə Azərbaycanın Baş naziri olub. Belə ki, o 1996-cı ilin iyulun 20-dən 4 avqust 2003-cü ilədək, həmçinin 4 noyabr 2003-cü ildən – 21 aprel 2018-cü ilə qədər Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

Bu gün – aprelin 21-də isə Azərbaycanda Baş nazir postuna yeni təyinat olub. Belə ki, Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Novruz Məmmədov bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri işləyib.(modern.az)

İnterpress.az