Abid Şərifov səhhətindən danışdı: “Allah insaf versin”backend

Abid Şərifov səhhətindən danışdı: “Allah insaf versin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.az-a istinadən xəbər verir ki, Abid Şərifov, barəsində yazılanların yalan olduğunu deyib. O bildirib ki, hazırda evdədir və səhhəti normaldır:

“Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim? Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Qeyd edək ki, İnterpress.az-ın əldə etdiyi məlumata görə, Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti kəskin pisləşib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Onun ürəyin fəaliyyətinin kəskin pisləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Baş nazirin sabiq müavininin hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanır.

Xatırladaq ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən israildə müalicə olunmuşdu. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Sabir baş nazir müavini orada əməliyyat olunmuşdu.

Əlavə edək ki, Abid Şərifov Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Baş nazirin müavini vəzifəsindən çıxarılıb.

İnterpress.az