Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nazirlər kabinetinin yeni tərkibi özünü doğruldacaqmı? - MEDİA KAPİTANLARI DANIŞDI

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin tərkibi formalaşdırılıb. Sərəncama əsasən bir neçə nazir tutduğu vəzifəsindən uzaqlaşdırıldı. Bu dəyişim nələri vədd edir.

Dərc edilib: 23 aprel 2018 [13:58]
Baxış sayı: 30282

Bununla bağlı big.az media nümayəndələri arasında sorğu keçirib:

"Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov:

"Jurnalist, media informasiya ilə işlədiyindən proqnoz vermək bir az çətindir. Amma hesab etmək ola bilər ki, bu proses islahatların başlanğıcıdır. Yeni kabinetdə bir sıra yeniliklər edilib, gənc kadrlar təyinat alıb. Xüsusən də problem olan sahələr əvəzlənib və yenilərə təyinat verilib. O sahələrdə inkişaf gözləyirik. Cəmiyyət sosial problemlərin daha çevik həll olunmasını, qaçqınların və məcburi köçkünlərin əvvəlki problemlərlə qarşılaşmayacağını, aqrar sektorun inkişafından müsbət dəyişikliklər gözləyir. Ümid edirik ki, bunlar olacaq. ASAN Xidmət kimi o sahələrdə də inkişaf, şəffaflıq olacaq".

Nazirlər kabinetinin yeni tərkibi özünü doğruldacaqmı? - MEDİA KAPİTANLARI DANIŞDI


Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət:

"Cənab prezidentin bu təyinatları bir daha sübut edir ki, bizi qarşıdakı yeddi il ərzində çox ciddi islahatlar gözləyir. Azərbaycan irəliyə daha sürətlə hərəkət etmək iddiasındadır və buna görə də zamanın tələblərinə cavab verən kadrların önə çəkilməsi yerinə düşür. Nisbətən gənc, yeni dünya qaydalarını bilən, özəlliklə də Qərblə onların öz dilində danışmağı bacaran kadrların təyinatı Azərbaycanın bir çox problemlərinin həllində öz rolunu oynayacaq. Şəxsən mən düşünürəm ki, Prezidentin təyinatları da məhz buna hesablanıb"

Nazirlər kabinetinin yeni tərkibi özünü doğruldacaqmı? - MEDİA KAPİTANLARI DANIŞDI


İnterpress.az və diaspor.az saytının baş redaktoru Toğrul Allahverdili:

"İlk növbədə, cənab Prezidentimizi, daha sonra hörmətli baş nazirimizi təbrik edirəm. Cənab Prezident, doğrudan da, gözəl seçim etdi. Çünki, Azərbaycan mətbuatının hər zaman tənqid hədəfi sabiq Baş nazir Artur Rasi-Zadə idi. Onun doğma dilimizdə səlis danışmaması jurnalistlərin tənqid hədəfinə tuş gəlirdi. Ona görə də, Prezidentin Baş nazirlə bağlı sərəncamı əks-səda doğurdu. Novruz Məmmədov kimi böyük bir diplomatın və istedadlı kadrın Baş nazir postuna təyin olunması, doğrudan da, Azərbaycan mediasının marağına səbəb oldu. Biz jurnalistlərin də zənnincə bu, təqdirəlayiq bir seçimdir. Novruz müəllim hər zaman mediaya açıq fikirli dövlət xadimi və jurnalistlərin dostu olub. O, mətbuatın əlçatan məmurlarından biri olub. Düşünürəm ki, Novruz Məmmədov bundan sonra da, yeni vəzifəsinin səlahiyyətlərini icra etməyə başladıqdan sonra da mətbuata hər zaman açıq olacaq. Eyni zamanda, mən baş redaktor olaraq, Nazirlər Kabinetində digər təyinatları alqışlayıram. Bir məsələni qeyd edim. Biz hər birimiz Azərbaycan dövlətinin əsgəriyik. Fərq etməz ki, orduda xidmət edirik və yaxud da mediada xidmət edirik. Ali Baş Komandanın əmrlərinə isə dövlətə xidmət edən hər bir qulluqçu canla, başla tabe olmalıdır. Ona görə də, Cənab Prezidentin bütün sərəncamlarını biz əmr kimi qəbul edirik. Hesab edirəm ki, Prezident İlham Əliyev çox gözəl addım atdı və islahatları ilə növbəti inkişaf mərhələsinə qədəm qoydu. Hətta Prezident bir müddət öncə özbaşınalıq edən məmurlarla bağlı mesaj vermişdi ki, heç kəsin keçmiş xidmətləri nəzərə alınmayacaq. Doğrudan da, cənab Prezidentin dediyi də oldu. Xalqın narazılıqla qarşılaşdığı məmurlar vəzifədən kənarlaşdırıldı və yeni bir komanda formalaşdı. Bu, məni həm bir gənc vətəndaş olaraq, həm də Azərbaycan mediasında xidmət edən biri kimi çox sevindirdi. Eyni zamanda, yeni komandada iki gənc kadrın yer alması cənab Prezidentin gənclərə sonsuz ümidinin göstəricisidir. Mən media nümayəndəsi olaraq, Azərbaycanda Nazirlər Kabinetinin yenidən formalaşması münasibətiylə ictimaiyyəti təbrik edirəm. Eyni zamanda, yeni vəzifə alan nazirlərimizi və xidmətini davam etdirən əvvəlki nazirlərimizi də təbrik edirəm. Bundan əlavə, ölkə başçısını da bir daha təbrik edirəm ki, xalqın iradəsi ilə böyük göstərici ilə qələbə qazanaraq dövlətimizə xidmət etməyə nail oldu".

Nazirlər kabinetinin yeni tərkibi özünü doğruldacaqmı? - MEDİA KAPİTANLARI DANIŞDI


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201