“Facebook” I rübdə reklamdan 12 mlrd. dollar gəlir əldə edibbackend

“Facebook” I rübdə reklamdan 12 mlrd. dollar gəlir əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, 2018-ci ilin I rübündə cəmi aktivlərin həcmi 88 mlrd. 945 mln. təşkil edib ki, bu da ötən illə müqayisədə 29,44% çoxdur.

“Facebook”un cəmi öhdəlikləri 2018-ci ilin birinci rübündə 11 mlrd. 325 mln. təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 73,54% çoxdur.

Şirkətin reklamdan əldə etdiyi gəlir 11 mlrd. 795 mln. təşkil edib ki, bu da 2017-ci ilin birinci rübü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Əməliyyatlardan daxil olan gəlir 5 mlrd. 449 mln. təşkil edib. Bu isə ötən illə müqayisədə 15,82% çox deməkdir.

Sosial şəbəkənin aktiv istifadəçilərinin sayı aprel ayının 1-nə 1,45 milyard nəfərə çatıb ki, bu da 2017-ci ilin I rübü ilə müqayisədə 13% çoxdur, aktiv istifadəçilərin aylıq sayı isə 13% artıb.

İnterpress.az