Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI – FOTOLARbackend

Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Beynəlxalq əhəmiyyətli idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanıdılmasında və dövlətimizin son dərəcə inkişaf etməsində əsas amil rolunu oynayır.

Eyni zamanda, Azərbaycan bu gün Cənubi Qafqazda əsas turizm mərkəzlərindən birinə çevrilib. İl ərzində minlərlə turist Azərbaycana səfər edərək, ölkəmizdə istirahət edir. Son bir neçə il ərzində Azərbaycana gələn turistlərin sayında da xeyli artım müşahidə olunub.

Təbii ki, xarici ölkələrdən Azərbaycana üz tutan əcnəbilərin təsəvvüründə dövlətimiz, ölkəmiz haqqında mənfi təəssüratlar yaratmaq yalnız Azərbaycanın əleyhdarlarına xas olan fəaliyyət növüdür.

Amma çox təəssüflər olsun ki, belə əleyhdarlardan biri də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur.

Hamıya məlum olduğu kimi, Rəhimovlar \”Formula-1\” yarışlarının Azərbaycanda keçirilməsinə təşkilatçılıq edirlər. Daha doğrusu, nazir atasının ölkədə nüfuzu və büdcədən oğurladığı pullar hesabına Arif Rəhimov “Baku Grand Prix” şirkətinin rəhbəridir. “Baku Grand Prix” şirkəti dünyada avtomobil idmanının ən bahalı növlərindən biri olan “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır.

Amma buna baxmayaraq, nazir oğlunun başının dövlətdən oğurladıqları pullara qarışdığına görə, Azərbaycan bayrağının rənglərini qarışdırması diqqəti cəlb edib. Belə ki, \”Formula-1\” yarışmasına hazırlıq üçün görülən işlərdə ciddi nöqsanların olduğu görənlərin diqqətindən yayınmayıb. Azərbaycan bayrağının tribunanın üzərində nazir oğlunun əmri ilə hazırlandığı deyilir. Amma təəssüflər olsun ki, bayrağın rəngləri düzgün yerləşdirilməyib.

Təəssüf ki, Formula 1-in Bakı mərhələsinin təşkilatçıları, Azərbaycan Respublikasının dövlət bayrağı altında rənglərin dəyişməsindən xəbərsizdirlər. Yalnız bilsələr, bilinməyən bir ölkənin bayrağını müsabiqələrin tamaşaçıları üçün quraşdırılmış stendlərin damına yerləşdirməyə icazə vermədilər.

Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub.

İnterpress.az media.az saytına məxsus olan fotoları təqdim edir:

Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI - FOTOLAR

Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI - FOTOLAR

Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI - FOTOLAR

Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI - FOTOLAR

Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI - FOTOLAR

Nazir oğlunun Formulada bayraq RÜSVAYÇILIĞI - FOTOLAR