Liderlərin əl görüşməsi – Dünya bu əllərdən danışır – MARAQLI FOTOLARbackend

Liderlərin əl görüşməsi – Dünya bu əllərdən danışır – MARAQLI FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje hər iki ölkənin hərbi demarkasiya sərhədində görüşməsi tarixin \”manşet\” səhifəsinə xüsusi ilə qeyd olundu.

Amma burada daha çox diqqət çəkən Koreya liderlərinin əl görüşməsi olub. İllərdir müharibə şəraitində yaşayan hər iki dövlətin liderlərinin gülümsəyərək salamlaşması dünya mediasını zəbt edib. Şimali Koreya liderinin, eyni zamanda, şəxsi avtomobili ilə Mun Çjenin görüşünə gedərkən mühafizəçilərinin onun avtomobilini qaçaraq müşayiət etməsi isə sosial medianın gündəm mövzusuna çevrilib.

İnterpress.az xəbər verir ki, hər iki liderin əl sıxaraq salaşması dünya gücləri arasında da təəccüblə qarşılanıb. Çünki, Kim Çen Inın rəhbərlik etdiyi dövlətin hərbi bazası dünyada daha çox nüvə silahı ilə zəngin olan ölkələr siyahısındadır. Belə olan təqdirdə Kimin Koreyanın parçalanmış hissəsi ilə sülh sövdələşməsi böyük dövlətlərin də marağına səbəb olub.

Biz bu yazıda liderlərin görüşü zamanı yaddaşlarda qalan və daha çox maraq doğuran epizodları oxucuların diqqətinə çatdırmaq istəyirik. Belə ki, Koreya liderlərinin bir-birinin əlindən tutaraq səmimi söhbət etmələri rəsmi fotosessiya zamanı kameraların obyektivinə tuş gəlib. Həmin görüntülərdən birində Kim Çen Inın Mun Çjonun əlindən tutaraq təbəssümlə söhbət etməsi sosial medianın diqqətindən yayınmayıb. Sosial medianın türkiyəli aktivistləri sözügedən fotonu Kimin dilindən \”Ya ben sana füze atarmıyım, deli\”, – deyə şərh edbilər.

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Pxanmuncom hərbi demarkasiya xəttində liderlərin görüşü zaman kameraların obyektivinə tuş gələn növbəti maraqlı fotoda isə onların qucaqlaşması səhnəsini əks etdirən görüntülər olub. Koreya mətbuatının yazdığına görə, Kim burada Munla tanışlığından və görüşündən məmnun olduğunu vurğulayır.

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Şimali Koreya liderinin görüşü zamanı daha bir maraqlı görüntü də əks olunub. Belə ki, məlumatda qeyd olunur ki, bu fotoda isə Kim Muna onu 11 il gözlədiyini deyir. \”Bu görüşün niyə bu qədər uzanmasını gələrkən özüm üçün düşünürdüm\”, deyə Kim ifadə edir.

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Kimlə Munun görüşü zamanı dünyada daha bir böyük bir \”buluşma\” meydana gəlib. Belə ki, ötən gün Almaniya Kansleri Angela Merkel ilə ABŞ prezidenti Donald Tramp arasında görüş olub. Görüşdə Trampın xanım Merkelin əlini sıxması diqqətdən yayınmayıb. ABŞ prezidentinin kanslerin ovucunda yumruğunu sıxması dünyaya siyasi bir mesaj verildiyi kimi şərh edilib.

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin fevral ayında Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Tramp arasında olan görüşdə də maraqlı anlar yaşanmışdı. Belə ki, Trampın Abenin əlini tutması sevgili cütlüklərin əl sıxması kimi dəyərləndirilib. Bu foto da sosial mediada bir neçə gün müzakirə mövzusuna çevrilmişdi.

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Qeyd edək ki, dünya liderləri arasında görüş zamanı əl sıxmalarını əks etdirən maraqlı fotolar mövcuddur. Həmin fotoları təqdim edirik:

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Liderlərin əl görüşməsi - Dünya bu əllərdən danışır - MARAQLI FOTOLAR

Səid Qərib
İnterpress.az