Sperması olmayan kişilər də ata ola bilərbackend

Sperması olmayan kişilər də ata ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Embrion yaratma, dondurma, onu genetik analizdən keçirmək, təkrar dondurmaq çox ciddi məsələdir. Digər laboratoriyalarda çox olur ki, bu proseslər zamanı embriona zərər vururlar. Bu barədə pasiyentə məlumat verilmir. Sonra o embrion uşaqlıqda inkişaf etmir, nəticə uğurlu alınmır. Bizim klinikada embrionlar ən yüksək dəqiqliklə qorunur.

LİV Hospital Süni mayalanma üzrə uzman Dəniz Gökalp Bakıya gələrək, illərlə övladı olmayan və süni mayalanma belə nəticə verməyən pasiyentlərlə görüşüb. Bu fürsətdən istifadə edən Medicina.az-ın əməkdaşı Türkiyədə süni mayalanma üzrə ən son yenilikləri və metodlar barədə Dəniz Gökalpdan müsahidə alıb. Həkim bu mövzu ilə bağlı çox maraqlı və fərqli məlumatlar açıqlayıb:

Sperması olmayan kişilər də ata ola bilər

– Dəniz xanım, Türkiyədə və Azərbaycanda çoxsaylı süni mayalanma mərkəzləri var. LİV Hospitalın əsas üstünlüyü nədədir? Necə olur ki, 10 dəfələrlə uğursuz süni mayalanma etdirənlər sizin klinikada övlad sahibi olur?

– Hər şeydən əvvəl, bizim çox mükəmməl, müasir tüp bebek laboratoriyamız var. Necə ki, bir restoran üçün onun mətbəxi, aşpazı vacibdir, bizim işimizin də 50%-i laboratoriya və orda çalışan embrioloqdan asılıdır. Laboratoriyada çalışan bioloji savadı olan mütəxəssis qadın yumurtası ilə kişi spermasını birləşdirib, embrion yaradır. Embrion yaratmaq, dondurmaq, onu genetik analizdən keçirmək, təkrar dondurmaq çox ciddi məsələdir. Digər laboratoriyalarda çox hallarda bu proseslər zamanı embriona zərər vururlar. Bu barədə pasiyentə məlumat verilmir. Sonra o embrion uşaqlıqda inkişaf etmir, nəticə alınmır. Bizim klinikada embrionlar ən yüksək dəqiqliklə qorunur. LİV hospitala ölkə xaricindən – Özbəkistandan, Türkmənistandan, Gürcüstandan, Azərbaycandan, ərəb ölkələrindən çox xəstə gəlir. Mən xəstənin öz ölkəsinə gedib, onlarla tanış olur, müayinə edir, nələr edə biləcəyimizi anlatdıqdan sonra o xəstə qərar verib bizim xəstəxanaya gəldikdə başqa həkim yox, yenə də mənim qəbulumda olur. Süni mayalanmada xəstə ilə həkimin başdan sona kimi bir olması çox vacibdir. Mən xəstəni ilkin müayinədən sona kimi aparıramsa, bu artıq uğurdur. Çünki xəstə fərqli həkimlər gəzdikcə, təkrar-təkrar dərdini anlatınca, müayinələr uzanır, hər həkim xəstəyə fərdi yanaşmır, protokollara uyğun elə standart prosedurları yazır, nəticədə maraqlı olmur. Bizdə xəstə ilə ilk müayinədən tutmuş embrionu yerləşdirənə kimi eyni həkim çalışır. Bu da LİV Hospitalın fərqidir. Çünki düşünürəm ki, xəstə fərqli həkimlərin əlindən keçdikcə nəticənin uğuru azalır.

– Süni mayalanmada qadının yaşı, sağlamlığı önəmlidirmi? ABŞ-da 55 yaşlı bir qadının belə ana olduğunu görürük.

– Süni mayalanmada yaş həddi belə götürülür: 35 yaşın altında olan daha gənc qadınlar, 35-38, 38-40, 40-42, 42 və yuxarı. Bizdə 35 yaş aşağı həddə xəstələrdə rahatlıqla 80% uğurlu nəticələr alırıq.

– Sizdə embrionun genetik analizi də aparılır, daha sağlam embrion seçilir.

– Bəli, çox güclü genetik mərkəzimiz var. Özəlliklə genetik analiz üzrə iddialıyıq. Düşünürəm ki, Bakıda hələ ki, belə bir analiz aparılmır. Təkcə genetik laboratoriya ilə iş bitmir. Güclü komanda olmalıdır. Çox mərkəzlərdə genetik analiz edilmir. Biz daha çətin xəstələrdə, süni mayalanması illərlə uğursuz olan cütlüklərdə genetik analiz aparırıq. Çox zaman embrion tutur, mayalanma baş verir, amma düşük olan, sağlam körpə dünyaya gətirə bilməyən xəstələrdə genetik anomaliyalardan şübhələnirik. İlk dəfə gələn, gənc, ciddi problemi olmayanlara genetik analiz lazım olmur. Məsələn, kişinin sperma faizi bir az düşüb, ya qadında borular bağlıdır, bunlarda ehtiyac yoxdur.

100-də 50% hallarda heç sperması olmayan kişilərdə bu metodla sperma tapmışıq və bu patologiya ilə ata olan çox sayda pasiyentimiz var. Ona görə analizlərdə 0 faiz sperması olan kişilər çəkinmədən müraciət edə bilər. Bizim çox özəl sperma seçmə üsullarımız var.

– Kişilərdə sperma səviyyəsi neçə faiz az olduğunda süni mayalanma üçün yararlıdır?

– Biz, istənilən faizdə kişilərdən süni mayalanma üçün sperma ala bilirik. Hətta inanmazsız, 0 sperma faizi olduqda da, heç yararlı sperması olmayan, azo-sperm dediyimiz xəstələrdən də canlı sperma hüceyrəsi tapırıq. Bunun üçün öncə qadının yumurtalarını hazırlayırıq, yumurta hazır olan gün kişidən uroloji cərrahi yolla sperma alınır. Mikroskop altında ən dərinlikdə belə yararlı spermanı tapıb, toplayırıq. Bununla da yumurtaları dölləndiririk. 100-də 50% hallarda heç sperması olmayan kişilərdə bu metodla sperma tapmışıq və bu patologiya ilə ata olan çox sayda pasiyentimiz var. Ona görə analizlərdə 0 faiz sperması olan kişilər çəkinmədən müraciət edə bilər. Bizim çox özəl sperma seçmə üsullarımız var. Yaxşı döllənmə üçün hər hansı sperma olması, əsas şərt deyil. Əsas yararlı spermanı tapmaqdır. Kişilər üçünsə 45 yaş altında olması yetərlidir. 45-dən yuxarı bir az çətinliklər ola bilər. Kişiləri qadınlardan fərqləndirən bir məsələ var: onlarda 35-40 yaşdan sonra ata olma şansı birdən-birə kəskin azalmır. Qadınlarda bu çox ani olur. Bizim mərkəzdə spermanı 6000 dəfə böyüdən İMSİ mikroskopları var. Bəzi kişilərin sperması morfoloji olaraq o qədər pozulub ki, bu mikroskop altıdan incələnmə aparılmalıdır. ERA testi yaxşı embrionlar verilməsinə baxmayaraq, hamilə qalmayan xəstələrdə embrion yerləşdirilməsi üçün ən ideal vaxtı seçmək üçün istifadə edirik. Çünki bu vaxtın düzgün seçilməsinin də önəmi vardır.

– Qadın və kişi üçün süni mayalanmaya qədər təbii yolla hamilə qalmağa nə qədər müddət verilə bilər?

– Əgər qadının yaşı 30 yaşdan aşağıdırsa, 1 il vaxt gözlənilə bilər. 33-35 və yuxarı olduqda əgər ciddi problem yoxsa, 6 ay təbii yolla hamilə qalmağı sınamaq üçün vaxt verilə bilər. Əgər bu müddətdə döllənmə olmasa, artıq vaxt itirmədən süni mayalanma mərkəzinə üz tutmaq vacibdir. Yenə də qadın kişi müayinədən keçməlidir: hormonlar, uşaqlıq, yumurtalar, borular normaldırsa təbii yolla hamiləlik üçün müddət verilə bilər. Amma 40 yaşdan sonra heç vaxt itirmədən, birbaşa süni mayalanmadan başlamaq lazımdır. Dünyada 45-50 yaşdan sonra öz yumurtaları ilə ana olan çox az sayda qadın var. Amma Amerikada başqa qadının yumurtası ilə süni mayalanma etdilənlər olur. Bunu xəbərlərdə oxuyan pasiyentlərdə çaşqınlıq yaranır. Onlar 45-dən sonra belə süni mayalanma ilə ana olacağına arxayınlaşır. Amma bilmirlər ki, öz yumurtaları olmasa, bu mümkün deyil.

– Bəzən eşidirik ki, kiminsə embrionu səhvən başqasına qoyulur. Və ya qadında yumurta yoxdur, kişidə heç sperma yoxdur, o zaman onlar mərkəzdən başqa birinin hazır yumurtalarından, embrionlarından istifadə etməyi xahiş edir. Və bəzən o embrionun sahiblərindən icazəsi alınmır. Bir sözlə, embrionlar satılır.

– Bəli, təəssüf ki, belə faktlar var. Normal sağlam embrionlar illərlə laboratoriyada qalır və ondan istifadə ediblər. Amma Türkiyədə bu işlər cinayətdir, qanunla ciddi nəzarətdədir. Cəzalar o qədər ağırdır ki, birinin embrionunu digərinə satmaq həmin mərkəz, həkim üçün son ola bilər. Lisenziyası alınar, həkimin həkimliyinə qadağan qoyula bilər. Üstəlik məhkəmələr, təzminatlar… Avropada, ABŞ-da isə belə deyil. Ona görə də belə faktlara rast gəlinir: iki cütlüyün embrionları səhv salınmışdı. İllər öncə bu üzə çıxdı. Türkiyə, Azərbaycan kimi ölkələr üçün bu yolverilməzdir. Çünki insan bilmədən hardasa doğma bacısı, qardaşı böyüyə bilər, illər sonra onlar evlənə bilər. Bu dəhşətdir. Bizim mərkəzdə yumurtalar alınandan embrion yerləşdirilənə kimi pasiyenti davamlı kontrol edirik. Hətta laboratoriyadan embrion gətiriləndə də transfer öncəsi soruşulur: adı, soyadı, kimliyi. Embrioloq həkimdən yox, xəstədən soruşur, həkimə inanmaz. Çünki belə səhvlər qorxunc bir şeylərdir.

– Süni mayalanma üzrə Türkiyədə daha hansı qanunlar, qadağalar var?

– İstənilən kişi qadın gəlib süni mayalanma etdirə bilməz. Mütləq rəsmi nikah sənədi tələb olunur. Türkiyədə bir başqasının yumurtası, embrionu, spermasından digər övladı olmayan üçün istifadə oluna bilməz, hətta pasiyentlər özləri razı olsalar belə. Türkiyədə süni mayalanmada ən kiçik səhv belə bağışlanmır. Türkiyədə surroqat ana ilə övlad sahibi olmaq qadağandır. ABŞ-da oldu bu aralar, cütlüyün uşağı olmurdu, ana öz qızının embrionunu daşıdı, doğdu. Xaricdə bu mümkündür. Çünki xəstənin rəhmi-uşaqlıq embrionu daşımağa yetərli olmaya bilər, amma yumurta və spermada problem yoxdur. O zaman o cütlüyə surroqat ana və ya kiminsə o embrionu daşıması lazımdır. ABŞ-da bunun çözümü var, yəni normal uşaqlığı olan hər kəs – xəstənin yaxını, rəfiqəsi, hətta anası belə o embrionu daşıya bilər. Türkiyədə buna yol verilmir. Surroqat ana vasitəsilə övlad sahibi olmaq istəyənlər Avropadakı mərkəzlərə gedə bilər.

Süni mayalanma boruları bağlı olanlar üçün kəşf olunub, ilk öncə bu məqsədlə tətbiq olunmuşdu. Ona görə boruları bağlı olan qadınlar boruları açdırmağa vaxt sərf edincə, süni mayalanma etdirsinlər.

– Polikistoz, fibrioma, uşaqlıq boruları bağlı olan və ya əməliyyatla alınan qadınlar süni mayalanma etdirə bilərmi?

– Bəli, öncə bu problemlər müalicə olunur, cərrahi yolla düzəldilə bilərsə, düzəldilir. Boruların bağlı-açıq olmasının heç fərqi yoxdur. Onsuz da süni mayalanma elə boruları bağlı olanlar üçün kəşf olunub, ilk öncə bu məqsədlə tətbiq olunmuşdu. Boruların açılması elə də uğurlu əməliyyat sayılmır. Ona görə boruları bağlı olan qadınlar boruları açdırmağa vaxt sərf edincə, süni mayalanma etdirsinlər. Yumurtalıqların polikostozu ən çox yumurtlama və hormon pozğunluğu yaradır. Bu qadınlar normal və müntəzəm yumurtlamaz. Türkiyədə polikistoz çox uğurla müalicə olunur, polikistozu olub, süni mayalanma ilə ana olan yüzlərcə xəstə var.

– Çoxları belə düşünür ki, süni mayalanma ilə doğulan uşaqdan nə uşaq? Guya, təbii yolla olan uşaqlardan zəif olurlar, geri qalırlar.

– Qətiyyən belə deyil. Mən şəxsən 13 ildir süni mayalanma ilə yüzlərcə uşaq dünyaya gətirdim. Onlarla sonradan əlaqə saxlayırıq, maraqlanırıq. O uşaqların necə zəkalı, ağıllı, sağlam olduqlarını görürük. İstər bədən, istər orqanizm, istər zehni baxımdan heç zəif olmurlar. Dünyada bu vaxta kimi 6 milyon süni mayalanma ilə uşaq doğulub. Aparılan araşdırmalar göstərdi ki, bu uşaqları digər uşaqlardan fərqli edən heç bir cəhət yoxdur. (medicina.az)

Həkimlə əlaqə üçün:
+90 554 871 05 92

İnterpress.az