Belinizin incə olması üçün bunları edinbackend

Belinizin incə olması üçün bunları edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən bildirir ki, bunları yeyərək rahat arıqlamaq mümkündür:

Qatıq

Gündə üç kasa qatıq yeyən insanlar daha rahat arıqlayır. Qatıq karbohidrat və proteinlə zəngin olduğu üçün həm doyumlu, həm də sağlıqlıdır. Gündə müəyyən qədər qatıq yemək kalsium ehtiyacının 30 faizini qarşılayır.

Pomidor

Pomidorda yüksək miqdarda A və C vitaminləri var. Orta ölçülü bir pomidor 35 kaloridir və gündəlik qəbul etməli olduğunuz vitaminin müəyyən hissəsini təmin edir.

Su

Sağlam qidalanmaq üçün ən önəmli olan sudur. Su çəki atmaq istəyənlərin ən böyük yardımçısıdır. Tərəvəzlər, meyvələr, yağsız süd məhsullarının tərkibində də yetəri qədər su olur.

İnterpress.az