Qaçqınkomda Şuşanın işğalı ilə bağlı TƏDBİR – FOTObackend

Qaçqınkomda Şuşanın işğalı ilə bağlı TƏDBİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb.Komitə sədri, o zamankı Azərbaycan hakimiyyətinin səriştəsizliyi səbəbindən Şuşa şəhərinin lazımı səviyyədə müdafiəsinin qurulmaması nəticəsində şəhərin düşmən əlinə keçdiyini qeyd edib. O, bildirib ki, dinc əhaliyə qarşı amansız vəhşiliklər törədən erməni təcavüzkarları şəhəri yerlə yeksan edib, tarixi və mədəni abidələrini dağıdıb, vandalizm aktı həyata keçiriblər.

Qaçqınkomda Şuşanın işğalı ilə bağlı TƏDBİR - FOTO

Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət barədə danışaraq, ölkəmizin işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə əminliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Ali baş komandanın qətiyyətli mövqeyi nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin ediləcək.

Qaçqınkomda Şuşanın işğalı ilə bağlı TƏDBİR - FOTO

Çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, döyüşçülər Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıblar. Şuşa şəhərinin işğalının ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımla yanaşı, xalqımızın mədəniyyətinə qarşı törətdikləri soyqırım olduğunu qeyd ediblər. Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film nümayiş olunub.

Qaçqınkomda Şuşanın işğalı ilə bağlı TƏDBİR - FOTO

Tədbirin sonunda Əraziləri işğal olunmuş rayonların Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin Şuşa, Ağdam,Fizuli,Cəbrayıl,Kəlbəcər,Qubadlı,Laçın,Zəngilan,Xocalı,Xocavənd rayonlarının rəhbərləri ilə xatirə şəkili çəkilib.

İnterpress.az