Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda “Çərçivədən kənar mənsubiyyət” fotosərgisi KEÇİRİLİR


ABŞ-ın Azərbaycandakı səfirliyi Edvard Körtisin 52 əsərdən ibarət “Çərçivədən kənar mənsubiyyət” adlı fotosərgisini məmnuniyyətlə Azərbaycan ictimaiyyətinə təqdim edir.

Dərc edilib: 17 may 2018 [12:01]
Baxış sayı: 17604

İnterpress.az xəbər verir ki, səfirlikdən Modern.az-a verilən məlumata bgörə, sərgi 17-22 may tarixlərində Azərbaycan Xalça Muzeyində keçiriləcək. Sərgiyə giriş sərbəstdir.

Yerli Amerika insanları və mədəniyyəti barədə əsas hekayəçi olan Edvard Şeriff Körtis (1868–1952) amerikan mədəniyyəti tarixində unikal yer tutur.

Yerli amerikalıların həyatını sənədləşdirmək həvəsinə düşən Körtis Sietldə uğur qazandığı öz foto studiyasını tərk etmiş və bütün həyatını bu layihəyə həsr edib.

Edvard Körtis 1900–1930-cu illər arasında Şimali Amerikada 80-dən çox qəbiləni ziyarət edib, on minlərlə fotoşəkil və səs yazısı, habelə yarım milyondan çox sözdən ibarət mətn ərsəyə gətirib. Nəticədə Amerika həyatının mühüm hissəsinin vizual tarixi kimi bu gün də məhşur olan yerli amerikalılar barədə 20 cildlik şah əsəri yaradılıb.

“Fundamental prinsiplər və idealları sayəsində zamanının proqressiv liderlərindən biri olmuş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsində, Amerika Birləşmiş Ştatlar tarixinin sözügedən hissəsi ilə bölüşməkdən qürur duyur. Bu minvalda, Azərbaycan özünün ilhamlandıran nailiyyətlərini qeyd etdiyi bir vaxtda biz daha güclü, daha yaxşı və daha ədalətli cəmiyyətin formalaşmasına təkan verən məqamları vurğulayırıq”-deyə səfirlik bildirib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162