“Nalbəndyan dövründən qalan patifonun valını dəyişmək vaxtıdır” – Hikmət Hacıyevbackend

“Nalbəndyan dövründən qalan patifonun valını dəyişmək vaxtıdır” – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Ermənistan XİN-nin nümayəndəsinin açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN sözçüsü qeyd edib ki, 2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənistan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı. İnsidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi. Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbəndyan dövründən qalan patifonun valını dəyişmək vaxtıdır.

Qeyd edək ki, Ermənistan XİN nümayəndəsi Tiqran Balayan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olacaq mexanizmlərin tətbiqindən imtina etməkdə ittiham etmişdi.

İnterpress.az