İsrail Ərdoğana qarşı sui-qəsd hazırlayır – Politoloqdan terror xəbərdarlığıbackend

İsrail Ərdoğana qarşı sui-qəsd hazırlayır – Politoloqdan terror xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gözlənildiyi kimi, ABŞ-İsrail ittifaqının bu addımını ən sərt tənqid edən Türkiyə özünü yenə də Tel-Əvivlə Vaşinqtonun hədəfinə gətirib. “Köhnə dünya”nın əsas dövlətlərinin, xüsusilə, Böyük Britaniyanın son dönəmdə Türkiyə ilə münasibətləri yumşaltması və Ankara ilə mövqelərini yaxınlaşdırması isə ittifaqın Türkiyəyə qarşı aqressiyasını daha da gücləndirib.

Vəziyyət artıq o həddə çatıb ki, avropalı tərəfdaşlarının sərt münasibəti ilə üzləşən ABŞ vəziyyətdən xilas olmaq üçün yolverilməz vasitələrə əl atmaq niyyətinə düşməsi haqda xəbərlər yayılmaqdadır.

Bu mənada ABŞ-da fəaliyyət göstərən “Veteranstoday” portalının yayımladığı məlumat xüsusi narahatlıq doğurmaqdadır. Portalın iddiasına görə, İsrail onun siyasətinə mane olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fiziki məhvinə qərar verib və artıq sui-qəsdçilər qrupunu Türkiyəyə göndərib.

Bölgədə yaranmış son vəziyyəti dəyərləndirən portalın informasiya şöbəsinin müdiri Qordon Daffn yazdığına görə, mövcud situasiyada Türkiyəni dəstəkləyən yeganə nüfuzlu dövlət Böyük Britaniyadır. Göründüyü kimi, Trampın bir qərarı ilə yenidən alovlanan Yaxın Şərqdə cərəyan edən gərgin proseslər artıq müxtəlif və təhlükəli istiqamətlərə şaxələnməkdədir.

İnterpress.az xəbər verir ki, qeyd olunan məqamları Yenicag.az-a dəyərləndirən Elçin Mirzəbəylinin fikrincə, ABŞ prezidenti Donald Trampın qərarına etiraz edən dövlətlərin sırası kifayət qədər genişdir:

“Bildiyiniz kimi, Trampın Qüdslə bağlı qərarı dünyanın əksər dövlətləri tərəfindən dəstəklənmir və müdafiə olunmur. O baxımdan, bu məsələdə Böyük Britanıyanın ABŞ-ın məlum addımına qarşı çıxan tək ölkə olmadığını söyləyə bilərik.

Məsələn, Almaniyanın kansleri Angela Merkel də o qərarın yetərincə sərt olduğunu bəyan edib. Merkel əlavə edib ki, Trampın bu qərarı Yaxın Şərqdəki vəziyyətə mənfi təsir göstərməklə yanaşı, bütün dünyada sabitliyə də ciddi maneə yaradır.

Yəni bu məsələdə konfiqurasiyanın daha geniş olduğunu düşünürəm. Hər halda, Avropanın bir çox dövlətləri Trampın məlum addımının mahiyyətini, onun nəyə gətirə biləcəyini yaxşı dərk edərək, bu qərarın sivilizasiyalararası toqquşmanı gücləndirəcəyini bildirirlər”.

Mirzəbəyli hesab edir ki, Türkiyə dövləti bütün risklərə baxmayaraq, öz başçısını təhdidlərdən qorumaq iqtidarındadır:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd hazırlanmasına dair fikirlər olduqca ciddidir və faktiki olaraq, terror ittihamıdır. Ona görə də, bu iddiaların ciddi şəkildə araşdırılmasının vacibliyini düşünürəm.
Ancaq bütün hallarda Türkiyə özünün dövlət başçısını qorumaq, mühafizə etmək əzmində, gücündə olan bir ölkədir. Əminliklə deyə bilərik ki, Türkiyənin mövcud siyasəti Qərb-Şərq qarşıdurmasının dərinləşməsinə yox, səngidilməsinə xidmət edir.

Türkiyənin addımları regionda gərginliyin, qarşıdurmaların, toqquşmaların aradan qaldırılmasına yönəlib. Eyni zamanda, Ankaranın Fələstinlə bağlı mövqeyi də BMT-nin müvafiq 1947-ci və ondan sonrakı illərdə qəbul edilmiş qətnamələrinə, o cümlədən, beynəlxalq hüququn tələblərinə əsaslanır. Bütün bunları nəzərə alsaq, Türkiyə prezidentinin bu formada hədəfə götürülməsi üçün əsas görmürəm”.

Politoloqun ehtimalına görə, Avropa ilə ABŞ-ın münasibətlərində ziddiyyətlərin qabarması Vaşinqtonun Yaxın Şərqdə, o cümlədən Suriyadakı mövqelərinin daha da zəifləməsinə gətirəcək:

“Amerikanın Yaxın Şərqdəki mövqelərinə ciddi ziyan dəydiyi göz qabağındadır – bunu sübut etməyə ehtiyac yoxdur. Amerikanın regionda yürütdüyü siyasət nəticə etibarilə bölgə dövlətlərinin Vaşinqtona münasibətini də mənfiyə doğru dəyişib.

İsrail Ərdoğana qarşı sui-qəsd hazırlayır - Politoloqdan terror xəbərdarlığı

Şübhəsiz ki, son proseslərin tək Fələstində yaşananalara deyil, həmçinin Suriyada baş verənlərə də təsirsiz ötüşməyəcəyi fikirndəyəm. Yenə deyirəm, Amerikanın son addımı sivilizasiyalararası qarşıdurmanı gücləndirən bir addımdır və ümid edək ki, onun fəsadlarını aradan qaldırmaq mümkün olacaq”.

İnterpress.az