“Instagram”da repost mümkün oldu – YENİ FUNKSİYAbackend

“Instagram”da repost mümkün oldu – YENİ FUNKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İKT.lent.az-ın “TechCrunch” nəşrinə istinadən məlumatına görə, artıq istifadəçilərin “Stories” bölməsində xəbər lentindən olan dərcləri bölüşmək imkanı yaranıb. Repostlara şəxsi şərhləri, stiker və geolokasiyaları da əlavə etmək mümkündür.

Yalnız açıq olan mətnləri bölüşmək mümkün olacaq. Bunun üçün də repost zamanı yazı müəllifinin adı görünəcək və müəllifin akkauntuna da daxil olmaq mümkün olacaq.

“Instagram” tətbiqin seçimlərində repost etmək imkanlarını söndürməyə də icazə verəcək. Yeni funksiya hələlik ancaq “Android” smartfonlarının istifadəçiləri üçün əlçatandır.

Sosial şəbəkənin məlumatına görə, hazırda “Instagram”ın aktiv auditoriyasının sayı 800 milyon istifadəçidir. Onlardan 500 milyon nəfəri bu sosial şəbəkədən gündəlik olaraq istifadə edir.

İnterpress.az