Ofis işçiləri daim yorğundur, çünki…backend

Ofis işçiləri daim yorğundur, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ofisdəki karbondioksidin miqdarı açıq havada olduğundan daha çoxdur. Ventilyasiya sisteminin düzgün qurulmadığı ofislərdə çalışanların tənəffüsü ilə əlaqədar bu nisbət zərərli həddə çıxa bilir.

Araşdırma zamanı mütəxəssislər ofis, sinif, iclas otaqlarındakı və açıq havadakı karbondioksidin miqdarını ölçüblər. Güman edildiyi kimi ən sıx karbondioksid iclas otağında qeydə alınıb.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, insan sağlamlığını təhdid etməsə də, yüksək həddə olan karbondioksid insanın beynindəki qərarvermə mexanizmlərinə mənfi təsir edir və yorğunluq yaradır.

İnterpress.az