Niyə qadınlar daha çox falçı yanına gedirbackend

Niyə qadınlar daha çox falçı yanına gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənc xanımların falçılara üz tutmasında cəmiyyətin günahı var”. Bunu Sputnik Azərbaycan-a gənc xanımların falçılara üz tutmasının səbəblərini açıqlayarkən sosioloq Əhməd Mansurov deyib.
“18-25 yaşlı gənc xanımlar işsizlikdən və cəmiyyətin sosial-psixoloji təzyiqlərinə məruz qaldıqda özlərinə təsəlli vermək üçün bir çıxış yolu axtarırlar. Bununla da bir qədər real proseslərdən uzaqlaşaraq bu tip qeyri-real olan məsələlərə istiqamətlənirlər. Çünki hamı o gənclərə dəstək olmaq əvəzinə onları qınayır. Yazılmamış qanun var ki, 25 yaşa çatmadan xanım ailə həyatı qurmalıdır. Əks halda, o, qınaq obyektinə çevrilir. Amma yaxşı olar ki, falçıya getməyi qınayaq, nəinki digər məsələləri. Bir sözlə, səbəbkar ailə və cəmiyyətin özüdür”.

İnterpress.az