Politoloq: “Aİ ilə imzalanacaq yeni saziş maraqlarımıza cavab verməlidir”backend

Politoloq: “Aİ ilə imzalanacaq yeni saziş maraqlarımıza cavab verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında saziş çoxdan imzalanmalı idi”. Bunu Sputnik Azərbaycan-a Aİ və Azərbaycan arasında imzalanması gözlənilən sazişi şərh edərkən politoloq Fikrət Sadıxov deyib. Politoloq bildirib ki, əvvəl hazırlanmış sazişdə yer alan bəzi məqamlara görə Azərbaycan ona imza atmadı:
“Çünki həmin məqamlar Azərbaycanın maraqlarına cavab vermirdi. Bizi narahat edən problemlər, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq sazişdə yer almalıdır. Saziş özü-özlüyündə hər iki tərəfin maraqlarına cavab verir. Yeni sazişdə bəzi məqamlar daha qabarıq şəkildə özünü büruzə verəcək. Xüsusən ticarət, iqtisadi münasibətlər, viza rejiminin sadələşdirilməsi, vətəndaş cəmiyyətləri arasında münasibətlərin daha yaxın formatda əməkdaşlıq etməsi və bir sıra digər məsələlər orada əksini tapacaq. Sazişdə Azərbaycanın maraqlarını əks etdirən müddəalar yazılmalıdır. Ümumilikdə, bu saziş hər iki tərəfin maraqlarına cavab verməlidir”.

Qeyd edək ki, Aİ və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir. Bunu \”EURACTIV\”ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

İnterpress.az