Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibləri açıqlanıbbackend

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib.

Qeyd olunub ki, müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə, ümumilikdə, 850 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Bildirilib ki, müsabiqə üzrə layihə təklifləri fevralın 14-dən martın 16-dək qəbul edilib.

Müsabiqədə layihəsi qalib olmayan şəxslər mayın 25-də saat 18:00-dək \”mailto:[email protected]\” [email protected] elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya şikayəti verə bilərlər. Qeyd olunub ki, apellyasiya müraciətlərinə baxılma tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə müasir təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastrukturun formalaşması və inkişafı, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, psixoloji xidmətin təşkili və effektivliyinin artırılması, tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi, tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi, təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili ilə bağlı mövzular üzrə keçirilib. (report)

İnterpress.az