Körpəni həddən artıq təmiz şəraitdə böyütmək təhlükəlidirbackend

Körpəni həddən artıq təmiz şəraitdə böyütmək təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leykoz xəstəliyində sümük iliyi hüceyrələrinin yetişməsi prosesi pozulur, onlar nəzarətsiz şəkildə çoxalırlar. Bu xəstəlik daha çox inkişaf etmiş ölkələrdə, uşaqların normal yaşaması üçün yaxşı şərait olan evlərdə, ailələrdə rast gəlinir.
Professor Qrivs hesab edir ki, uşaq leykozu məhz iqtisadi inkişaf və yaxşı sosial yaşayışın insanlığa gətirdiyi bəladır.

Professor son 20 ildə bütün dünyada aparılmış araşdırmaların nəticələrini toplayaraq bu qərara gəlib ki, leykoz, autoimmune xəstəliklər və allergik xəstəliklərin əsasında gigiyena nəzəriyyəsi dayanır. Uşağın həyatının ilk ilində körpə həddən artıq steril şəraitdə saxlanılır, o, kir, çirk mühitlə təmas qurmur, virus və bakteriyaları tanımır, digər uşaqlarla ünsiyyətdə olmur, nəticədə immune sistem uşaq və ananın immunitetindən başqasını görmür. Ona görə 2-3 yaşından sonra adi infeksiya ilə ilk tanışlıq orqanizmdə anormal proseslərə təkan verir, hüceyrələri dağıdır.

Professor Qrivs hesab edir ki, leykozun bioloji inkişafının əsasında iki mərhələ var: birinci mərhələ ana bətnində olur, döldə genetim mutasiyalar baş verir. Bu mutasiyalarla hər 20 uşaqdan biri doğulur. Amma bu uşaqların belə leykoza tutulması riski 1%-dir. O da həddən artıq steril şəraitdə saxlanan uşaqlarda olur.

Bu nəzəriyyə sübut edir ki, leykozun qarşısını almaq olar, əgər məqsədli şəkildə immune sistemi stimulə etsək. Yəni yenidoğulmuşları steril yox, təbii şəraitdə böyütsək. hazırda professor leykozun profilaktikası məqsədilə təcrübə layihəsi aparır. O, körpələrə orqanizm üçün təhlükəli olmayan mikrobların 1 yaşına kimi yeridilməsi ilə immune sistemin yetişdirilməsini təmin edir.

Onun fikrincə, əgər uşaq həddən artıq gigiyenik, stetik şəraitdə saxlansa, onun kəskin leykoz olması riski 40% artır. (medicina.az)

İnterpress.az