“Əfv olunan xarici vətəndaşlar dərhal ekstradisiya ediləcək” — Komissiya üzvübackend

“Əfv olunan xarici vətəndaşlar dərhal ekstradisiya ediləcək” — Komissiya üzvü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

E.Axundova “Ölkə.Az”a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin əfv sərəncamı onun böyük humanistliyini göstərir:

“Cənab prezidentin bu sərəncamı ilə yüzlərlə məhbus azadlığa qovuşur. Bu çox təqdir olunası addımdır. Ölkə başçısının humanistliyinin bariz nümayişidir”.

Deputat qeyd edib ki, əfv olunan insanların əksəriyyəti təsadüf nəticəsində cinayət törətmiş şəxslərdir:
“Siyahı hazırlananda biz təsadüf nəticəsində cinayət törətmiş və həbsxanaya düşmüş insanlara üstünlük veririk. Misal üçün, yol qəzaları törədən, kiçik oğurluqlar edən, bir-biri ilə dalaşaraq məhbus həyatı yaşayan insanlar var. Əslində, onlar cinayətkar deyil. Onlar təsadüf nəticəsində həbsxanalara düşən insanlardır. Əfv olunanlar arasında ağır cinayətlər törədərək həbs olunanlar da var. Ancaq onlar xarici ölkə vətəndaşlarıdır. Onların arasında Pakistan, Əfqanıstan və digər ölkələrin vətəndaşları var. Biz onları bir şərtlə azad edirik ki, həmin insanlar bizə artıq yük olmasınlar. Bizim hüquq-mühafizə orqanları əfv olunan həmin adamları dərhal ekstradisiya edəcək. Hesab edirəm ki, bizim camaat bunu bilməli və digərlərindən ayırmalıdır. Çünki bəzən insanlar elə başa düşür ki, ağır cinayət törədən Azərbaycan vətəndaşları da əfv olunur. Onlar Azərbaycan vətəndaşları deyil”.

E.Axundova ağır cinayətlər törətmiş məhbusların istisna hallarda əfv oluna biləcəyini söyləyib:

“Əgər ağır cinayət törətmiş insanlar ölümcül vəziyyətdə olarsa, onlar əfv oluna bilər”.

İnterpress.az