Əfv sərəncamında yer alan tanınmış şair azadlığa çıxdı – FOTObackend

Əfv sərəncamında yer alan tanınmış şair azadlığa çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bu gün 6 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılanlar arasında Azərbaycanın tanınmış şairi Saday Şəkərli də var.

İnterpress.az xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsində 62 məhkumun azadlığa buraxılması təmin olunub.

Bu müəssisədə azadlığa buraxılanlardan biri də şair Saday Şəkərlidir.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin (CM) qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan şair apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, S.Şəkərlinin itiham olunduğu CM-nin 182.3.2-ci maddəsi 182.2.4-cü maddəsinə tövsif olunub. Onun cəzası 10 ildən 5 ilə endirilmişdi.

İnterpress.az

Əfv sərəncamında yer alan tanınmış şair azadlığa çıxdı - FOTO